Fransada daha bir hücum, rahib öldürülüb

Fransada terror

Fransa polisi iyulun 26-da kilsədə insanları girov götürən 2 nəfəri güllələyib.

İnsident Sent -Eten-dyu-Ruvre şəhərində baş verib.

Məlumatlara görə 2 nəfər bıçaqlı adam kilsə girərək rahib, 2 rahibə və ibadətə gələn bir neçə nəfəri girov götürüblər.

Rahibin öldürüldüyü bildirilir.

Daxili işlər nazirliyinin sözçüsü Pier Anro Bronde (Pierre-Henry Brandet)

“İstintaq aparılır, onlar 1 nəfərin öldüyünü, 1 nəfərinsə ağır yaralandığını aşkar ediblər.

Ölüm-dirim arasında olan yaralı təcili tibbi xitmətlə xəstəxanaya götürülüb”.

Fransa mətbuatının yazdığına görə, hücum edənlər rahibin boğazını kəsiblər.

Onun 84 yaşlı Jak Amel (Jacques Hamel) olduğu bildirilir.

Frabnsa prezidenti Francois Hollande hücum edənlərin “İslam Dövləti” qrupu ilə əlbir olduqlarını bildirib.

Vatikan və Fransa hakimiyyəti bu hücumu kəskin pisləyib.

Qeyd edək ki, 2 həftə bundan əvvəl Nitsa şəhərində 84 nəfərin ölümü ilə nəticələnən hücumdan sonra ölkədə terror təhlükəsinin həddi qaldrılıb.

Həminhücuma görə cavabdehliti “İslam Dövləti” qrupu üzərinə götürüb.