Sülhməramlıların bazasında azı 7 nəfər öldürülüb

Somali, arxiv fotosu

-

Somalinin paytaxtı Moqadişuda Afrika Birliyinin əsas sülhməramlı bazasına intiharçı hücumu törədilib, azı 7 nəfər həlak olub.

Al-Qaeda-ya bağlı Al Shabaab silahlı qruplaşması hücuma görə məsuliyyəti üzərinə götürüb. Bu qruplaşma Qərbin dəstəklədiyi Somali hökumətini devirməyə çalışır.

Qruplaşma Somalidə gözlənən seçkilər öncəsi hücumları artırıb.