Yaponiyadakı hücumda şübhəli bilinən saxlanıb

Hadisənin baş verdiyi yer

-

Yaponiyanın paytaxtı Tokioda əlillər mərkəzinə bıçaqla hücum olunub, 19 nəfər ölüb, 45 nəfər yaralanıb.

Polis hücumdan sonra təslim olmuş 26 yaşlı Satoshi Uematsu-nu saxlayıb. NHK televiziyası bildirir ki, Uematsu qətldə şübhəli kimi saxlanıb.

Məlumatlara görə, Uematsu polisə deyib ki, “dünyanı əlillərdən qurtarmaq istəyirəm”.

15 nəfərin ölümü təsdiqlənib, 4 nəfərinsə ürək fəaliyyəti dayandığından reanimasiyaya yerləşdirilib.

Ölənlərin yaşı 19-70 arasıdır, aralarında həm kişilər, həm qadınlar var.

Yaponiyada belə kütləvi qətllər nadir hallarda törədilir. 2001-ci ildə məktəbdə səkkiz uşağı keçmiş komendant bıçaqlayıb öldürmüşdü.