Türkiyənin xarici işlər naziri Mevlut Çavusoglu iyulun 15-də hərbi çevriliş cəhdi zamanı Türkiyə hakimiyyətini dəstəklədiyinə görə Rusiya prtezidenti Vladimir Putinə təşəkkür bildirib.
O, iyulun 25-də “Haberturk” televiziyasına müsahibəsində Rusiyanın onlara qəti dəstək göstərdiyini bildirib.
Amma nazir Kremlin məhz necə kömək etməsinə aydınlıq gətirməyib.
Davutoglu həmçinin müsahibəsində bir sıra səfirlərin də işdən çıxarılacağını deyib.
İyulun 15-də törədilən uğursuz qiyam cəhdi zamanı 240-dan çox adam ölüb, 2 minə yaxın adam isə xəsarət alıb.
Türkiyə hakimiyyəti dəfələrlə bəyan edib ki, bu qiyamın arxasında hazırda ABŞ-da yaşayan Fətullah Gülen durur.
O ittihamı rədd edir.