Azərbaycanın “Qarabağ” klubu Futbol üzrə Çempionlar Liqasının III təsnifat mərhələsi çərçivəsində iyulun 25-də Çexiyaya yollanıb.
Komanda bu mərhələdə Plzenin "Viktoriya" klubu ilə qarşılaşacaq.
Qeyd edək ki, bir gün sonra "Dusan Arena"da keçiriləcək "Viktoriya" – "Qarabağ" oyunu Bakı vaxtı ilə saat 22:15-də başlayacaq.