-
İraqın paytaxtı Bağdadda intiharçı polis məntəqəsinə hücum edib, ölən və yaralılanlar var. İyulun 24-də törədilmiş hücumda itkilərin sayı bəlli deyil. Agentliklər İraq rəsmilərinə istinadla 6-15 nəfərin öldüyünü, 20-dən çox insanın yaralandığını bildirir.
Ölənlərdən üçü polis əməkdaşıdır.
Əsasən şiələrin yaşadığı Kadimiyyə rayonunda törədilmiş hücuma görə məsuliyyəti İslam Dövləti (İŞİD) qruplaşması üzərinə götürüb.
İŞİD iyulun 3-də 290 nəfərin ölümüylə nəticələnmiş partlayışa görə də məsuliyyəti götürmüşdü, eləcə də bir neçə gün sonra Balad regionunda şiə məbədində 40 nəfərin həlak olduğu hücumu törətdiyini bildirmişdi.