Yerevanda bütün girovlar buraxılıb

Sizin brauzer HTML5-i dəstəkləmir

Yerevanda polis aksiyanı dağıtdı

İyulun 23-də Yerevanda silahlı qruplaşmanın girov götürdüyü sonuncu iki yüksəkrütbəli polis – Vardan Egiazaryan və Valery Osipyan da azadlığa buraxılıb.

Günün birinci yarısında isə daha iki nəfər azad edilmişdi.

Silahlılar Yerevandakı Erebuni rayon polis idarəsinə iyulun 17-də hücum etmişdilər. Onlar həbsdə olan keçmiş səhra komandiri Zhirayr Sefilyan-ın buraxılmasını tələb edirdilər.