Almaniyanın "Borussiya" klubu növbəti transferini edib.
Klubun rəsmi saytının məlumatına görə, “Borussiya” bu dəfə "Volfsburq"dan Andre Şürrleni transfer edib.
25 yaşlı futbolçu ilə 5 illik müqavilə imzalanıb. "Borussiya" bunun üçün "Volfsburq"a 28 milyon avro ödəyəcək.
Ötən mövsüm "Volfsburq"un heyətində 41 oyun keçirən Şürrle 12 qol vurub və 7 məhsuldar ötürmə verib.
Xatırladaq ki, "Borussiya" "Bavariya"dan sabiq futbolçusu Mario Qötzeni heyətinə qatıb.