Təkcə bu il Aralıq dənizindən İtaliyaya 80 mindən çox miqrant keçib.
Bu barədə Beynəlxalq miqrasiya təşkilatı məlumat yayıb.
Həmçinin bu il Araqlıq dənizində Avropaya keçmək istəyən 3 minədək qaçqının batdığı bildirilir.
Liviya sahilləri yaxınlığında rezin qayıqda aşkar edilən 22 miqrantın cəsədi isə iyulun 22-də Siciliya sahilindəki Trapani limanına çatdırılıb.
Onlar İtaliyaya keçmək istəyirmişlər.
Onlardan 21-i qadın, 1 isə kişidir.
Sərhədsiz Həkimlər Təşkilatının nümayəndəsi Erna Riynieks onların gənc olduqlarını deyir.
Aralıq dənizində keşik çəkən hərbi gəmi , iki qayıqda olan 209 miqrantı xilas edib.
Onlardan 50-si uşaqdır.
Amma qayıqlardan birinin dibində 22 miqrantın meyiti aşkar edilib.
Onların tüstüdən boğulduqları güman edilir.