Rusiyanın TU-22 M3 bombardmançı təyyarəsi “İslam Dövləti” qrupunun Suriyadakı mövqelərini bombalayıb.
Rusiyanın Müdafiə Nazirliyi əməliyyatın görüntülərini də yayıb.
Nazirliyin məlumatına görə, 6 təyyarə kəşfiyyatın Palmiranın şərqi,Atak və Et Teybe şəhərləri və Homs əyalətində aşkar elədiyi yeni obyektləri bombalayıb.
Əməliyyat nəticəsində yaraqlılar da daxil olmaqla 2 komandanlıq məntəqəsi və hərbi texnikaların məhv edildiyi bildirilir.
Əməliyyat zamanı təyyarələri Hmeymim bazasından qalxan SU-35 qırıcıları müşaiyət edib.
Rusiya tərəfi əməliyyat barədə əvvəlcədən beynəlxalq koalisiya qüvvələrinin komandanlığına məlumat verib.
Təyyarələr tapşırığı yerinə yetirdikdən sonra aerodroma dönüblər.