Azərbaycanda itkin düşənlərin sayı açıqlandı

Foto illüstrasiya

Ötən il Azərbaycanda 652 nəfər itkin düşüb. Onların da 100-ü 14-18 yaş arası yeniyetmələrdir.

Bunu Dövlət Statistika Komitəsindən (DSK) «Trend»ə deyiblər.

Ancaq komitədən verilən məlumata görə, əvvəlki illərə müqayisədə 14-18 yaşlıların itkin düşməsi halları azalıb. DSK bildirir ki, 2000-ci ildə Azərbaycanda həmin yaşlarda 234 nəfər itkin düşüb. 2013-cü ildə belə yeniyetmələrin sayı 141, 2014-cü ildə isə 128-ə qədər azalıb.