-
Vaşinqton ABŞ-da yaşayan ilahiyyatçının mümkün ekstradisiyasından ötrü komissiya yaratmağı təklif edir. Bunu Türkiyənin xarici işlər naziri Mevlut Cavusoglu deyir.
Cavusoglu iyulun 22-də deyib ki, Türkiyə belə bir komissiyada iştirak etməyə hazırdır.
Ankara Fethullah Gulen-in 15 iyul çevriliş cəhdinin arxasında durmaqda ittiham edir. 75 yaşlı Gulen isə bunu danır.
Ankara bildirib ki, Gulen-in ABŞ-dan ekstradisiyasından ötrü rəsmi müraciət edəcək, ancaq hələ etməyib.
ABŞ Dövlət katibi John Kerry deyib ki, Vaşinqton ekstradisiya xahişini nəzərdən keçirəcək, ancaq bunun üçün güclü dəlil olmalıdır.
İyulun 15-dən bəri Türkiyə rəsmiləri Gulen tərəfdarı hesab etdikləri 60 mindən çox adamı hədəfə alıb. Onlar saxlanıb, işdən çıxarılıb, yaxud da istintaqa cəlb olunub.