Rusiyaya hərbi texnologiya satdığına görə həbsdə

Alexander Fishenko

-

ABŞ-ın Texas ştatından olan firma rəhbəri Rusiya hökumətinin agenti olduğuna və Rusiyaya qabaqcıl hərbi texnologiya satdığına görə 10 illik həbs cəzasına məhkum edilib. İyulun 21-də Nyu York federal məhkəməsi 50 yaşlı, rus-amerikalı Alexander Fishenko-ya hökm oxuyub. O, sentyabrda təqsirini etiraf edib.

Fishenko Hyustonda Arc Electronics Inc. şirkətinin rəhbəri olub, ittihama görə, bu şirkət 2002-2012-ci illərdə Rusiyaya 50 milyon dollarlıq həssas texnologiya məhsulu satıb. Məhkəmənin qərarında o da deyilir ki, Fishenko məhsul satışından 500 min dolları geri qaytarmalıdır.

Arc şirkətinin müştəriləri içində Rusiya təhlükəsizlik xidməti – FSB-nin təhqiqat bölməsi də olub. Şirkətin ixrac etdiyi mikroelektronika raket və radar sistemlərində istifadə olunur.

İttihamnamədə deyilir ki, Arc özünü işıqfor istehsalçısı kimi təqdim edib, elektronika emalçılarına saxta məlumat verib və bununla da ixraca nəzarətdən yayına bilib.

Bu iş üzrə daha beş nəfər təqsirini boynuna alıb. 3 nəfər məhkum edilib, üç nəfərsə azadlıqdadır.