Türkiyə Avropa insan haqları konvensiyasını müvəqqəti dayandırır.
Bunu iyulun 21-də baş nazir müavini Numan Kurtulmuş bəyan edib.
O həmçinin qeyd edib ki, ölkədə tətbiq edilən fövqəladə vəziyyət rejimi 1 ay və ya 45 gün ərzində ləğv edilə bilər.
Qeyd edək ki, Türkiyə hakimiyyəti iyulun 21-də ölkədə 3 aylıq fövqəladə vəziyyət rejimi tətbiq edib.
Hüquq müdafiəçiləri ehtiyat edir ki, bu qiyam tərəfdarlarına qarşı repressiyalara səbəb ola bilər.
Almaniyanın xarici işlər naziri Frank Valter Stainmaier iyulun 21-də Türkiyə hakimiyyətini fövqəladə vəziyyət rejimini mümkün qədər tez ləğv etməyə çağırıb.
İyulun 15-də Türkiyədə edilən hərbi çevriliş cəhdi zamanı 230-dan çox adam ölüb.
Bundan sonra ölkədə 6 minə yaxın adam həbs edilib, 60 minə yaxın adamsa işdən kənarlaşdırılıb.