22 miqrantın meyiti tapılıb

Miqrantlar, arxiv fotosu

-

İyulun 20-də Liviya sahilləri yaxınlığında rezin qayıqda 21 kişi və qadının meyiti tapılıb. Onlar İtaliyaya yol alıblarmış.

Sərhədsiz Həkimlər Təşkilatı (MSF) bildirir ki, Aralıq dənizində keşik çəkən qüvvələr iki qayıqda olanların köməyinə gəliblər, 209 nəfəri xilas edə biliblər. Onlardan 50-si uşaq olub.

Amma qayıqlardan birinin dibindən 22 miqrantın meyiti tapılıb.

MSF rəsmisi Jens Pagotto “Reuters” agentliyinə deyib ki, həmin şəxslər faciəvi şəkildə ölüblər, onların tüstüdən boğulduğu görünür.

Bu şəxslərlə birlikdə bu il İtaliyaya 80 mindən çox miqrant gəlib. Məlumatı BMT-nin qaçqınlar üzrə agentliyi yayıb.