Qəzalı binalarda yaşayan köçkünlərə 2,5 milyon

Sizin brauzer HTML5-i dəstəkləmir

Söküləsi yataqxananın sakinləri etiraz edir

►Prezident İlham Əliyev məcburi köçkün ailələrinə 2,5 milyon manat ayırıb.

Ölkə başçısı bu gün bununla bağlı sərəncam imzalayıb.

Sərəncama əsasən, göstərilən məbləğ Bakı ərazisində qəzalı vəziyyətdə olan binalarda müvəqqəti məskunlaşmış məcburi köçkün ailələrinin yeni mənzillələ təmin edilməsinə sərf olunacaq.

Vəsait prezidentin ehtiyat fondundan ayrılacaq.

Bakı və ölkənin bəzi şəhərlərində bir çox məcburi köçkünlər, hələ də, yataqxanalarda yaşayırlar. Onlardan bəzilərinin qəzalı vəziyyətdə olduğu bildirilir.

Elə ötən ayın 29-da Bakının Dərnəgül qəsəbəsində N.Tusi adına Azərbaycan Pedoqoji Universitetin 1 saylı yataqxanasında məskunlaşan köçkünlər yolu bağlamışdılar. Onlar yaşadıqları yataqxananın qəzalı olmasından şikayətlənirdilər.

Müstəqil iqtisadçılar 2,5 milyon manatın bütün qəzalı binalarda yaşayan köçkün ailələrinin yeni mənzillərlə təmin edilməsindən ötrü çox kiçik məbləğ olduğunu düşünürlər.