-
Tanınmış belarusiyalı jurnalist Pavel Sheremet iyulun 20-də səhər həlak olub, idarə etdiyi avtomobil Ukrayna paytaxtında partlayıb.
44 yaşlı Sheremet səhər 7:45-də çalışdığı “Ukrayinska Pravda” saytının ofisinə gedirmiş. Maşın onun partnyoru, “Ukrayinska Pravda”nın sahibi Olena Prytula-ya məxsus olub.
Ukraynanın baş prokuroru Yuriy Lutsenko Sheremet-in ölümünü “qətl” adlandırıb, deyib ki, maşın “partlayıcı qurğuyla” partladılıb və bütün dəlillər bunun sui-qəsd olduğunu göstərir.
Prezident Petro Poroshenko “Facebook”da yazıb ki, təhlükəsizlik əməkdaşlarına “cinayəti dərhal araşdırmaq” göstərişi verib.
Minskdən olan Sheremet 5 il idi Kiyevdə işləyirdi. O, “Radio Vesti”nin də aparıcısı idi.
Jurnalistə Ukraynada böyük sayqıyla yanaşılırdı.
Sheremet insan haqları fəalı olub, 1997-ci ildə Belarusda həbsə atılıb. O, Prezident Alyaksandr Lukashenka-nı sərt tənqid edirmiş.
“Ukrayinska Pravda”nın baş redaktoru Sevgil Musayeva-Borovyk AzadlıqRdiosuna deyib ki, jurnalistin ölümünə peşəkar fəaliyyətinin səbəb olduğunu düşünür.