-
Pakistanın keçmiş lideri Pervez Musharraf-i vətənə xəyanət ittihamıyla mühakimə edən məhkəmə onun bank hesablarını dondurub, əmlakının müsadirəsi barədə də qərar çıxarıb.
Vəkilləri iyulun 19-da bu barədə bilgi verib.
Keçmiş prezident martda Dubaya müalicəyə gedib və məhkəməyə gəlməyib. Məhkəmə yığışaraq Musharraf-ı özü olmadan mühakimə edə bilməyəcəyini açıqlayıb.
Musharraf vətənə xəyanətdə, eləcə də 2007-ci ildə keçmiş baş nazir Benazir Bhutto-nun qətlində ittiham olunur. O, 1999-cu ildə Baş nazir Nawaz Sharif-i qan tökülmədən devirib. 2008-ci ildə isə mümkün impiçmentdən yayınmaqdan ötrü istefa verib, ölkəni tərk edib.
2013-cü ildə Pakistana qayıdan Musharraf-ın ölkədən çıxışına qadağa qoyulub. Sonradan müalicə ala bilməsi üçün bu qadağa götürülüb.