Nitsada ölənlərin yarısı əcnəbilərdir

Hadisənni baş verdiyi bulvar

-

Nitsada bulvarda həlak olan 84 nəfərin 38-i əcnəbilərdir. Məlumatı Fransanın xarici işlər nazirliyi iyulun 19-da yayıb. İyulun 14-də əhali Bastiliya gününü qeyd edərkən yük maşını onların üstünə sürmüşdü.

Əcnəbilərin olduğu ölkələr içində Ermənistan, Türkiyə, Rusiya və Ukrayna da var.

Nazirlik bildirir ki, yaralıların siyahısı hələ yekunlaşmayıb, amma onlar 29 ölkədəndir.

Hücumda xəsarət alanlardan 19 nəfərin durumu kirtikdir.

Nitsa Fransanın Parisdən sonra ən çox turist gələn şəhəridir.