-
Rusiyada İstintaq Komitəsinin rəsmilərinə qarşı cinayət işi başlanıb. Onlar cinayətkar qruplaşmadan rüşvət almaqda və vəzifə səlahiyyətlərini aşmaqda ittiham olunurlar.
Federal Təhlükəsizlik Xidməti iyulun 19-da bildirib ki, İstintaq Komitəsinin şübhəli üzvlərinin evlərində axtarış aparılıb.
Komitənin üç üzvü cinayətkarlardan rüşvət alaraq onları qorumaqda şübhəli sayılaraq həbsə alınıb.
Araşdırma İstintaq Komitəsiylə birlikdə başlanıb. Komitəyə Prezident Vladimir Putin-in yaxın dostu olan Aleksandr Bastrykin rəhbərlik edir.
Prezidentə də məsələ barədə bilgi verildiyi qeyd olunur.
Bəzi müşahidəçilər bu həbslərin Rusiyada hüquq-mühafizə agentlikləri arasında rəqabəti gücləndirəcəyini bildirir.