Yerevanda toqquşmalarda 4 polis yaralanıb

Polis idarəsi yaxınlığında toqquşma

-

Yerevanda silahlı qrup tərəfindən tutulmuş polis idarəsi ətrafındakı polis kordonunu keçməyə çalışan etirazçılarla toqquşma olub, 4 polis əməkdaşı yaralanıb.

“Bəzi şəxslər qorunan əraziyə girmək istəyiblər, bu da polislə toqquşmayla nəticələnib. Dörd polis əməkdaşı etirazçıların atdığı daşlardan xəsarət alıb. Onlar xəstəxanaya aparılıb”, məlumatı jurnalistlərə Ermənistan parlamentindəki müxalif Erməni Milli Konqresinin üzvü Nikol Pashinyan verib.

Daha öncə polis Pashinyan və iki jurnalistə qorunan əraziyə keçib silahlı qrupla görüşməyə və şərtlərini müəyənləşdirməyə icazə verib.

Yerli sakinlərin sözlərinə görə, etirazçılar əraziyə qaz və su təchizatının kəsilməsindən narazılıqlarını bildiriblər. Bu addım mümkün atışma halında hər hansı sızmanın qarşısını almaqdan ötrü atılıb.

Yerevan polisinin rəhbəri Ashot Karapetyan deyib ki, etirazçılardan saxlanan olmayıb. Onun sözlərinə görə, “təxribatçılar gərginlik yaratmağa çalışıblar. İndi sakitçilikdir”.

İyulun 17-də bir qrup silahlı Erebuni polis idarəsini tutub, ölən və yaralanan olub. Silahlılar ötən ay saxlanmış liderlərinə azadlıq tələb edirlər.