Türkiyə kəşfiyyatı uğursuz qiyamın görüntülərini yayıb

Foto arxiv

Türkiyə kəşfiyyatı iyulun 15-də Ankarada baş qərargaha edilmiş hücumun videosunu yayıb.

Bir neçə müşahidə kamerası ilə qeydə alınmış görüntülərdə vertolyotun binanın əsas və arxa qapısını neçə atəşə tutması görünür.

Həmçinin mühavizə qüvvələri və xsusi xidmətin əməkdaşları cavab atəşləri açırlar.

Qeyd edək ki, iyulun 15-də Türkiyədə hərbi çevrilişə cəhd zamanı 290-dan çox adam ölüb, təxminən 1500 adamsa xəsarət alıb.

Ankara və İstanbulda tanklar, hərbi vertolyotlar və qırıcıların iştirakı ilə hərbi əməliyyat başlayıb, amma qiyamçılar hakimiyyəti ələ keçirə bilməyib və təslim olublar.

Türkiyə kəşfiyyatının göstərdiyi kadrlarda prezident Racep Tayyip Erdoganın müdafiəsinə qalxan tərəfdarları da göstərilir.

Erdogan hökuməti qiyamçıların rəhbərlərini cəzalandırmaq üçün ölkədə ölüm hökmününün bərpasının mümkünlüyünü götür-qoy edir

Sizin brauzer HTML5-i dəstəkləmir

Türkiyə kəşfiyyatı uğursuz qiyamın görüntülərini yayıb