-
Ermənistan polisi girovların saxlandığı polis qərargahı qarşısına daha çox qüvvə yerləşdirib. Həbsdə olan müxalifət liderinin tərəfdarları iyulun 17-dən Erebuni polis məntəqəsində bir neçə girov saxlayır, liderlərinə azadlıq tələb edirlər.
İyulun 18-də axşam yüzlərlə müxalifətçi Yerevanın mərkəzindəki Azadlıq meydanına toplaşıb, mühasirədə olan polis məntəqəsinə doğru yürüş etmək istəyib, amma polis qarşılarını kəsib.
Silahlılar iyulun 17-də polis idarəsinə hücum edərək bir polis əməkdaşını öldürüb, altı nəfəri yaralayıb. Polis silahlıların 9 nəfəri girov götürdüyünü bildirir, dördü danışıqlar nəticəsində buraxılıb.
Silahlılar “Təsisedici Parlament” hərəkatının lideri Jirayr Sefilian-a azadlıq tələb edirlər. O, ötən ay qanunsuz silah əl etmə və saxlama ittihamıyla həbsə atılıb.
Onlar həmçinin Prezident Serzh Sarkisian-a istefa istəyirlər. Hakimiyyət tələbləri rədd edib, silahlıların təslim olmasından ötrü danışıqların aparıldığını deyir.