Azərbaycanın “Qarabağ” klubu Futbol üzrə Avropa Çempionlar Liqasının II təsnifat mərhələsi çərçivəsində iyulun 18-də Lüksemburqa yola düşüb.
Komanda yerli “Düdelanj” klubu ilə qarşılaşacaq.
Qeyd edək ki, iyulun 20-də keçiriləcək oyun Bakı vaxtı ilə saat 20:00-da başlayacaq.
“Qarabağ” evdə keçirilən ilk görüşdə 2:0 hesabı ilə qalib gəlib.