Venesuelada ərzaq qıtlığı günbəgün pisləşir

Foto arxiv

10 minlərlə Venesuela sakini yemək və dəva-dərman dalınca qonşu Kolumbiyaya axışır.

Hər iki ölkə rəhbərliyi Venesuelada yaranmış ərzaq qıtlığına görə sərhədi müvəqqəti açmaq razılığına gəliblər.

Bazar günü bu ölkələri birləşdirən körpüdə bax belə basabas olub.

Sübh tezdən sərhədə minlərlə insan toplaşıb.

“Allaha çox şükür ki, biz sərhədi keçib ailələmizə lazımi ərzaq məhsulları apara bilirik”, Rodriqo Lopes adlı Venesuela sakini deyir.

2016-cı ildən Venesuela hokuməti ərzaq baxımından ölkədə fövqəladə vəziyyət rejimi elan edib.

Ölkədə çörəkdən tutmuş maşın hissəsinədək qıtlıq yaranıb.

Qıtlıqla mübarizə müdafiə nazirinə tapşırılsa da son yarım ildə vəziyyət daha da pisləşib.

Buna görə də hakimiyyət ərzaq almaq üçün qonşu ölkə ilə sərhədi açımaq qərarına gəlib.

Kolumbiya ilə sərhəd qaçaqmalçılıqla mübarizəyə görə təxminən 2 il idi ki, bağlı idi.

Amma indi sərhəd bu səbəbdən açılıb.

Təkcə ötən şənbə günü sərhədi 44 min adam keçib.

Bazar gününün statistikası isə hələ ki, açıqlanmayıb.

“ Sərhədi uşaqlar və qocalardan tutmuş hər yaşda olan insanlar keçir. Biz onlara bacardığımız qədər kömək edirik, onların heç nəyi yoxdur”, Kolumbiya miqrasiya xidmətinin nümayəndəsi Umberto Volaskes deyir.

Sərhədyanı hotellərdə yer yoxdur, bazar və dükanlarda isə növbələr yaranıb.

Onların bir çoxu 100 kilometrlərlə məsafə qət etməli olublar.

“ Bizbura dünın axşam saat 6-da çıxıb, səhər saat 6-da çatmışıq. Bizi buraxdılar və indi burda bazarlıq edirik”, Venesuela sakini Pedro Vivas deyir.

Venesuela hakimiyyəti qıtlığı etiraf edir, amma məlumatların şişirdildiyini deyir.

Ölkədəki ərzaq qıtlığını isə ABŞ tərəfindən olan “iqtisadi müharibə” adlandırır.