Fransa hakimiyyəti Nitsa şəhərində yük maşını ilə dinc sakinlərə hücum edənin əslən Tunisdən olan 31 yaşlı fransalı olduğunu bəyan edib.
Polis hələlik onun adını açıqlamayıb.
Amma yerli “Nice-Matin” qəzeti onun Mohamed Lahouaiej Bouhlel olduğunu yazır.
Onun Nitsa sakini olduğu bildirilir.
Qeyd edək ki, terrorçu iyulun 14-də 25 tonluq yük maşınını Bastiliya qalasının alınmasını qeyd edən izdihamın üzərinə sürüb.
Nəticədə azı 84 nəfər ölüb, 100-dən çox adam yaralanıb.
Polis hücum edəni güllələyib.
Fransa hakimiyyəti bunun terror aktı olduğunu deyir.