İrana yeni sanksiyalar qoyulur

Vaşinqtonda nüvə sazişinə qarşı etiraz aksiyası, arxiv fotosu

-

ABŞ Nümayəndələr Palatası İrana ballistik raket istehsalını davam etdiridiynə görə yeni sanksiyalar nəzərdə tutan qanun layihəsini qəbul edib. Digər qanun isə İran hökumətinin və banklarının ABŞ maliyyə sisteminə və dollara çıxışını qadağan edir.

Palata qanunları iyulun 14-də qəbul edib. Məqsəd ABŞ Administrasiyasının bir illiyini qeyd etdiyi nüvə sazişinə zərbə vurmaqdır.

Obama bu qanunlara veto qoyacağını bildirib. Daha biri isə iyulun 13-də qəbul olunub, ABŞ-ın İrandan ağırlaşdırılmış su almasını qadağan edir.

Bütün sənədlər 246-180 səs çoxluğuyla qəbul olunub. Bu, vetonu üstələməyə yetərli deyil. Bunun üçün Konqresin hər iki palatasındakı səslərin üçdə ikisi lazımdır.

Konqresdəki bütün respublikaçılar İranla nüvə sazişinə qarşı çıxıb, əksər demokratlar isə onu dəstəkləyib.