Gürcüstan vətəndaşları oktyabrdan Avropaya vizasız gedə bilər

Johannes Hahn

Avropa Birliyinin genişlənmə üzrə rəsmisi Johannes Hahn bildirib ki, oktyabrda Gürcüstana qarşı vizasız rejim tətbiq edilməlidir.

O iyulun 14-də Batumidə deyib ki, Gürcüstan bunun üçün bütün öhtəlikləri yerinə yetirib.

Johannes qeyd edib ki, bunun üçün tələb olunan prosedurlar artıq oktyabradək yekunlaşdırılmalıdır.

Almaniyanın xarici işlər naziri Frank-Walter Steinmeier də iyulun 1-də bildirmişdi ki, sentyabrın 1-ci yarısından Gürcüstana qarşı vizasız rejim tətbiq edilməlidir.

Johannes Hahnın Gürcüstana səfəri zamanı prezident Giorgi Margvelashvili, baş nazir Giorgi Kvirikashvilivə xarici işlər naziri Mikheil Janelidze ilə görüşləri nəzərdə tutulur.