Francois Hollande bərbərinə 10 min avro verir

Francois Hollande

Fransada “Feysbuk” istifadəçiləri prezident Francois Hollandaya yeni saç düzümü düzəltməklə yeni oyunla əylənirlər.

Onlar prezidentin başında Marqaret Teççer və onun keçmiş həyat yoldaşından tutmuş müxtəlif saç formalarını yoxlayırlar.

Hay-küyü satirik qəzetlər doğurub.

Jurnalistlərin sözlərinə görə, prezidentin bərbəri ayda 10 min avro qazanır.

Hökumətin nümayəndəsi Stefan le Fol bunu təsdiqləyib və prezidentin şəxsi stilistinin ayda 9 985 avro qazandığını deyib.

Onun sözlərinə görə, usta buna görə işlədiyi salondan çıxmalı olub. Bundan başqa 24 saat ərzində işə hazır olmalıdır.

Amma məmurlar deyir ki, Francois Hollande keçmiş prezidenti Nikolas Sarkozyni əvəz etdikdən sonra Yelisey sarayının xərcləri 15-20 faiz azalıb.

Fransızlar adətən xarici görkəmə, stilə çox fikir verirlər, amma bu qiymət onları cinləndirib.

Paris sakinləri deyir ki, bu xalqın pulunu mənasız yerə məsrəf eləməkdir.

“Bu tam ağılsızlıqdır. Saça görə 9800 avro. Bu sadəcə dəhşət, ayıbdır. Özü də o saç üçün”.

Bəziləri isə zarafata salıb keçəl prezidentlə məzələnirlər.

“Düzünü desək onun saçında rəngləməkdən başqa , işləməyə bir şey də yoxdir. Hesab edirəm ki, o artıq pul xərcləyir”.

Paris sakini Yoxan da bunu məsrəfçilik sayır:

“10 min avro ? Yox.Az bula, bundan da yaxşı saç düzəltmək olar”.

Parisdəki salonlardan birinin sahibəsi Elen isə həmkarına paxıllıq edir. O deyir ki, bunu ayda yox, hətta ildə belə qazansaydı özünü xöşbəxt sayardı.