Metroda növbəti sərgi…

«Ögey ana» filmindən kadr

İyulun 15-də metronun «Gənclik» stansiyasında Azərbaycan filmlərinə həsr olunmuş sərgi açılacaq.

Mədəniyyət və Turizm Nazirliyindən AzadlıqRadiosuna verilən xəbərə görə, bu qurumun və Dövlət Film Fondunun təşkilatçılığı ilə gerçəkləşəcək sərgi «Metro Gallery» layihəsi çərçivəsində baş tutacaq.

Sərgidə Azərbaycan filmlərindən kadrlar və çəkiliş prosesindən kadrarxası fotolar nümayiş olunacaq.

Sərgi saat 11-də açılacaq.