Atəşkəslə bağlı 14 iyul açıqlaması

Erməni əsgər

Erməni silahlı bölmələri cəbhənin müxtəlif istiqamətlərində sutka ərzində atəşkəs rejimini ümumilikdə 19 dəfə pozub.

Xəbəri Müdafiə Nazirliyi yayıb.

Bu il aprelin 2-5-də cəbhədə baş verən hərbi əməliyyatlardan sonra da atəşkəs tez-tez pozulurdu. Azərbaycan və Ermənistan prezidentlərinin son iki görüşündən sonra isə atəşkəsin pozulması səngiyib.