İstirahət mərkəzində yanğın olub

Yanğın

İyulun 14-də Tovuz rayonunun Qoşa kəndindəki istirahət mərkəzində yanğın olub.

Ümumi sahəsi 75 kv.m olan 4-otaqlı kottecin 45 kv.metri yanıb. Yanğın saat 01:54-də söndürülüb.

Xəbəri Fövqəladə Hallar Nazirliyinin saytı yayıb.