Böyük Britaniyanın baş naziri David Cameron iyulun 13-də kraliça II Elizabethlə görüşüb və ona rəsmi istefa ərizəsini təqdim edib.
O həmçinin mühavizəkarların yeni lideri Theresa Mayın bu vəzifəyə təyin edilməsini məsləhət görüb.
Theresa May iyulun 13-də Böyük Britaniyanın yeni baş naziri təyin edlməlidir.
David Cameron iyulun 12-də baş nazir kimi kabinetin son iclasını keçirib.
O iyunun 23-də ölkənin Avropa Birliyindən çıxması ilə nəticələnən referendumdan sonra istefa verəcəyini bəyan eləmişdi.
Cameron ölkəsinin Avropa Birliyində qalmasını istəyirdi.