İlham Əliyev komissiya yaratdı

Sizin brauzer HTML5-i dəstəkləmir

Kiçik sahibkar birgünlük vergilər naziri olsaydı...

-

Prezident İlham Əliyev biznes mühitinin əlverişliliyinin artırılması və beynəlxalq reytinqlərdə ölkənin mövqeyinin daha da yaxşılaşdırılması ilə bağlı əlavə tədbirlər haqqında sərəncam imzalayıb.

Sərəncam prezidentin rəsmi saytında yayımlanıb.

Sərəncama görə, hökumət tərəfindən iqtisadiyyatın neftdən asılılığının minimuma endirilməsi və rəqabətqabiliyyətli milli iqtisadiyyata çevrilməsi istiqamətində gərəkli addımlar atılıb.

Sənəddə qeyd edilir ki, sahibkarlığın inkişafı onun rəqabət qabiliyyətinin artırılması istiqamətində dövlət tənzimləməsinin təkmilləşdirilməsini zəruri edir. Bu məqsədlə daha effektiv tənzimlənməni təmin etmək üçün komissiya yaradılır.

Ölkə başçısı komissiyaya rəhbərliyi baş nazirinin birinci müavini Yaqub Eyyubova həvalə edib.

Komissiya iki ay ərzində qanunvericiliyin və inzibatçılığın təkmilləşdirilməsi, digər zəruri tədbirlərin görülməsinə dair təkliflər hazırlayıb, ölkə başçısına təqdim etməlidir.

Həmin təkliflərin məqsədi sahibkarlıq fəaliyyətinin optimal gəlirliliyini təmin etmək, biznes mühiti yaratmaq, ölkənin investisiya cəlbediciliyini artırmaq, beynəlxalq reytinqlərdə Azərbaycanın mövqeyini daha da yaxşılaşdırmaq olmalıdır.

Müstəqil iqtisadçılar hesab edirlər ki, Azərbaycanda sahibkarlıq mühitinin yaxşılaşması üçün monopoliya aradan qaldırılmalı, məmur-sahibkarlığa son qoyulmalı, rəqabətli bazar formalaşdırılmalıdır.