Konstitusiya Məhkəməsi 300-dən çox qərar qəbul edib

Fərhad Abdullayev

-

Bu günədək Konstitusiya Məhkəməsinin Plenumu ümumilikdə 324 qərar, o cümlədən fərdi şikayətlər əsasında 113 qərar qəbul edib.

Konstitusiya Məhkəməsinin sədri Fərhad Abdullayevin Azərtac-da dərc edilən məqaləsində belə deyilir.

F.Abdullayev qeyd edir ki, həmin qərarlar Konstitusiyanın aliliyinin təmin olunmasına, insan hüquqlarının və azadlıqlarının qorunmasına xidmət edib.

"Konstitusiya Məhkəməsinin qərarlarında ərizəçilərin pozulan hüquq və azadlıqlarının bərpa olunması ilə yanaşı, hüquq və azadlıqlarının məhkəmə müdafiəsi, bərabərlik hüququ, mülkiyyət hüququ, əmək, mənzil, istirahət və sosial təminat hüquqları və s. mühüm məsələlərə dair hüquq tətbiqetmə baxımından əhəmiyyətli hüquqi mövqelər formalaşdırılıb".

F.Abdullayev qəbul edilən qərarlar sırasında Konstitusiya və qanunların şərhinə dair çıxarılan qərarların xüsusi hüquqi çəkiyə malik olduğunu ifadə edib.

“Konstitusiya Məhkəməsi bu günədək Konstitusiyanın və qanunların müxtəlif müddəalarının şərh edilməsinə dair 143 qərar qəbul edib”.

Konstitusiya Məhkəməsi 18 il əvvəl yaradılıb. İyulun 18-də məhkəmənin yubileyidir.