Azərbaycanın Hərbi-Hava Qüvvələri cəbhə xəttinin yaxınlığında təlim-məşq uçuşlarına başlayıb.
Bu barədə iyulun 13-də AzadlıqRadiosunun erməni xidməti məlumat yayıb.
Həmçinin Ermənistan mətbuatı ölkənin Müdafiə Nazirliyinə istinadla bu cür məlumatlar yayıb.
Məlumata görə, təlim cənub-şərq istiqamətinin 30 kolometrliyində keçirilir.
Saat 11-ə olan vəziyyətə görə, uçuşlarda 12 təyyarə və 41 helikopter iştirak edir.
Azərbaycan Müdafiə Nazirliyi hələlik məsələyə münasibət bildiriməyib.
Amma nazirliyin bu barədə açıqlama verəcəyi gözlənilir.