-
Moskva Hərbi Məhkəməsi iyulun 25-də Boris Nemtsov-un qətlində təqsirli bilinən 5 çeçenə qarşı cinayət işinə baxmağa başlayacaq.
Proses qapalı keçiriləcək. Təqsirləndirilənlərin günahsız olduğunu deyən vəkillərin andlılar məhkəməsinin mühakiməsini istəyəcəyi gözlənir.
Ötən ay Rusiya Prokurorluğu Nemtsovun qətlinə görə beş nəfərə – Zaur Dadayev, Anzor Gubashev, Shadid Gubashev, Temirlan Eskerkhanov və Khamzat Bakhayev-ə ittiham irəli sürüb.
Kremlin tənqidçisi olan Nemtsov ötən il fevralın 27-də elə Kremlin yaxınlığında güllələnib.
Prokurorluq bildirir ki, təqsirləndirilənlər qətldən 15 milyon rubl (232 min dollar) qazanacaqlarmış.
Qətlin əsas təşkilatçısı olmaqda şübhəli sayılan Ruslan Mukhudinov axtarılır. O, Çeçenistan lideri Ramzan Kadyrov-un təhlükəsizlik qüvvələrinin üzvüdür.
Nemtsov-un qohumları və vəkilləri bu cinayət işinə skeptik yanaşır, qətlin Rusiyanın yüksək çinli rəsmiləri tərəfindən sifariş olunduğunu bildirir.