-
İyulun 13-də bir dollar 1,5549 manata bərabər olacaq.
Azərbaycan Mərkəzi Bankının məlumatında belə deyilir.
İyulun 12-də dollar 1,5518 manata bərabər olub.
Son aylar manatın dollar qarşısında tədricən dəyər itirməsi müşahidə olunur. Halbuki bir müddət öncə əks proses gedirdi.
Ötən il dekabrın 21-də baş verən devalvasiyadan sonra bir dollar 1 manat 55 qəpik olub. İlin əvvəlində manat azacıq dəyər qazansa da, hazırda məzənnə təxminən həmin səviyyəyə çatıb.