Küləkli və yağışlı hava gözlənilir

Yağış

İyulun 13-də paytaxt Bakıda və Abşeronda hava küləkli olacaq.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin məlumatında belə deyilir.

Gecə 20-22, gündüz 27-29 dərəcə isti olacağı gözlənilir.

Abşeron çimərliklərində dəniz suyunun temperaturunun 19-23 dərəcə arasında olacağı deyilir.

İyulun 13-də ölkənin rayonlarında hava şəraiti, əsasən, yağmursuz olacaq. Ancaq gecə və səhər bəzi dağlıq ərazilərdə şimşək çaxacağı, qısamüddətli yağış yağacağı ehtimalı var.

Gecə 17-22, gündüz 28-32, dağlarda gecə 10-15, gündüz 18-23 dərəcə isti proqnozlaşdırılır.