Yükdaşıma 34,7 faiz bahalaşıb

-

2016-cı ilin birinci yarısında nəqliyyat sektorunda yükdaşıma qiymətləri əvvəlki illə müqayisədə 34,7 faiz bahalaşıb.

Dövlət Statistika Komitəsinin məlumatında belə deyilir.

Bahalaşma iyun ayı boyunca da müşahidə olunub.

Yükdaşımada bahalaşma azı 0,4 faiz olub.

Boru kəməri nəqliyyatı ilə neft və qazın nəql olunma qiyməti 0,2 və 0,7, ölkələrarası yükdaşıma qiymətləri dəmir yolu və hava nəqliyyatında 0,7, dəniz nəqliyyatında 0,6, avtomobil nəqliyyatında isə 0,2 faiz bahalaşıb.

Komitə ölkə içində yükdaşıma qiymətlərinin sabit qaldığını bildirir.

Yarımildə kənd təsərrüfatı məhsullarının istehsalçı qiymətlərində 9 faiz bah alaşma olub.

May ayı ilə müqayisədə iyunda kənd təsərrüfatı məhsullarının istehsalçı qiymətləri 0,5 faiz artıb.

Yalnız bitkiçilik məhsullarının istehsalçı qiymətlərində azalma olub - 19,4 faiz.