"Avro-2016"nın ən yaxşı bombardiri Fransa millisinin hücumçusu Antuan Qrizman olub.
25 yaşlı futbolçu 7 oyunda 6 qol vurub və 2 məhsuldar ötürmə verib.
Portuqaliya yığmasının forvardı Criştiano Ronaldo isə 3 qol və 3 məhsuldar ötürmə ilə ikinci olub.
Fransa millisinin digər hücumçusu Olivye Jiru üçüncü yerdə gəlir.
O da çempionatda 3 qol vurub, amma 2 məsuldar ötürmə verib.
Qeyd edək ki, "Avro-2016"nın qalibi Portuqaliya millisi olub.
Komanda finalda Fransaya 1:0 hesabı ilə qalib gəlib.
Qeyd edək ki, Portuqaliya millisi tarixində ilkdəfədir ki, Avropa çempionu olub.