Rusiyada gələcək kəşfiyyatçılar işə başlamamış ilişdilər

Foto arxiv

Rusiyanın məxfi kəşfiyyat xidməti olan Federal Təhlükəsizlik Xidməti-nin (FSB) 50 məzunu davranışlarına görə istintaqa cəlb olunublar.

Bunu qeyd edən məzunlar Moskvanın küçələrindən maşın karvanı ilə keçib və internetdə fotolarını yayıblar.

Fotolarda onların üzü çox aydın görünür, bəzi hallarda isə tam adları ilə.

Federal Təhlükəsizlik Xidməti-nin İstefada olan general-mayoru Aleksandr Mikhaylov bunu vətənə xəyanət adlandırıb: “Bu dövlətə xəyanətdir. Bu uşaqların harda xidmət edəcəklərini heç kim bilmir, bu materialları necə yaya bilərsiz”, deyə o vurğulayıb.