Obama-nın İspaniyaya səfəri bitir

Barack Obama

-

ABŞ Prezidenti Barack Obama-nın İspaniya səfəri başa çatıb. O, ABŞ-da irqçilik səbəbindən atışmalar üzündən Avropaya səfərini qısaltmalı olub.

Obama iyulun 10-da İspaniya Kralı VI-cı Felipe və Baş nazir Mariano Rajoy-la görüşüb. O, İspaniyanın cənubundakı Cadiz yaxınlığında Rota donanma bazasına da baş çəkib. Burada ABŞ-ın dörd minadaşıyan gəmisi yerləşir. Bu gəmilər Avropa raketdən müdafiə sisteminin bir hissəsini təşkil edir.

İyulun 9-da İspaniyaya gələn Obama səfərini bir gün qısaldıb. Səbəb Dallasda beş polis əməkdaşının ölümüylə nəticələnən snayper hücumlarıdır.

Həmin hücumlara görə ABŞ ordusunun ehtiyatda olan xidmətçisi, 25 yaşlı afroamerikalı Micah Johnson təqsirli bilinib.