Fransa-Portuqaliya görüşünün hakimləri

Foto arxiv

"Avro-2016"nın finalında keçiriləcək Portuqaliya - Fransa oyununun hakimləri müəəyənləşib.

UEFA-nın rəsmi saytının məlumatına görə, görüşü Mark Klatternburqun başçılıq etdiyi ingiltərəli hakimlər briqadası idarə edəcək.

Ona Simon Bek və Ceyk Kollin köməklik edəcək. Dördüncü hakim funksiyasını Viktor Kassai (Macarıstan) yerinə yetirəcək.

Qeyd edək ki, Portuqaliya - Fransa oyunu iyulun 10-da keçiriləcək.

Oyun Bakı vaxtı ilə saat 23-də başlayacaq.