Obama polislərin qətlini pisləyib

Barack Obama

ABŞ prezidenti Barask Obama Dallasda etiraz aksiyası zamanı polislərin qətlini pisləyib.

O bunu nifrətamiz hücum adlandırıb.

İnsident zamanı 5 polis snayperlə öldürülüb, 1 mülki şəxs də daxil olmaqla 7 nəfər yaralanıb.

Obama Dallas merinə Amerika xalqı adından başsağlığı verib və şəhərə yardım vəd edib.

Dinc aksiyanı müşaiyət edən polislərə hücum iyulun 7-i, axşam saatlarında baş verib.

Dallasın polis rəisi hücumun snayperlə pusqudan edildiyini və əvvəlcədən yaxşıca planlaşdırıldığını deyir.

3 şübhəlinin həbs edildiyi, birinin isə öldürüldüyü bildirilir.

Kütləvi informasiya vasitələrinin məlumatına görə, o polisə müqavimət göstərib.

Hadisə yerində elə bir partlayışı aşkar edilməyib.

Qeyd edək ki, Dallas və ABŞ-ın digər şəhərlərində iyulun 5-də Luiziana, 7-də isə Minnesota ştatında 2 afroamerikalının poils tərəfindən öldürülməsinə etiraz olaraq aksiyalar keçirilib.