Shell Azərbaycandakı şirkətini bağlayır

-

Niderland-Britaniya neft-qaz nəhəngi "Royal Dutch Shell" Azərbaycandakı nümayəndəliyinin ləğv edildiyini açıqlayıb.

Vergilər Nazirliyinin məlumatına görə, «Shell Business Development Cenrtal Asia B.V.» şirkəti ləğv edilib. Kreditorlar iki ay ərzində tələblərini Bakı şəhəri, İzmir küçəsi,8 (“Hyatt Tower 2”) ünvanında bildirə bilərlər.

Turan-ın xəbərinə görə, şirkət Qazaxıstanda daha aktiv olacaq. Bu struktur “İnam” perspektiv strukturunda 5 faiz paya malik idi (SOCAR 50, BP, 20 CNPC 20 faiz). Kəşfiyyat işləri uğursuz nəticə verəndən sonra kontrakt dayandırılıb.

Royal Dutch Shell ikinci ən böyük neft şirkətidir. Onun 90 ölkədə 94 min əməkdaşı var.

Əvvəllər Shell Qazaxıstanda istehsal etdiyi nefti Bakı-Tbilisi-Ceyhan kəməri ilə nəql etmək istəyirdi. Amma sonradan neftin hamısını Xəzər boru xətti konsorsiumu ilə nəql etməyə üstünlük verdi.