“Qəbələ” növbəti mərhələyə adladı

Foto arxiv

Azərbaycanın “Qəbələ” Avropa Liqası, I təsnifat mərhələsinin səfərdə keçirilən cavab oyununda Gürcüstanın “Samtredia" klubuna1:2 hesabı ilə məğlub olub.

Amma iki oyunun cəminə görə “Qəbələ” növbəti mərhələyə adlayıb.

Qeyd edək ki, “Qəbələr” bundan əvvəl evdə keçirdiyi ilk oyunda rəqibini 5:1 hesabı ilə məğlub edib.

"Qəbələ" ikinci təsnifat mərhələsində MTK (Macarıstan) - "Aktobe" (Qazaxıstan) cütünün qalibi ilə qarşılaşacaq.