Bu gün Avropa Liqasında I təsnifat mərhələsinin cavab oyunları keçirilir.
Azərbaycanın “Qəbələ” klubu da Gürcüstanda cavab oyununa çıxır.
Qeyd edək ki, komanda evdə keçirilən ilk oyunda Gürcüstanın “Samtredia” klubunu 5:1 hesabı ilə məğlub edib.
Buna görə də növbəti mərhələyə keçmək şansı çox böyükdür.
Zestafonidə keçirilən oyun Bakı vaxtı ilə saat 19:00-da başlayır.