Kerry: "Sanksiyalar qalacaq"

John Kerry

ABŞ Dövlət katibi John Kerry bir daha bəyan edib ki, Moskva Ukraynanın şərqində atəşkəslə bağlı Minsk sazişinə tam əməl etməyincə ona qarşı sanksiyalar qüvvədə qalacaq.

Kerry bunu iyulun 7-də Kiyevdə Ukrayna prezidenti Petro Poroshenko ilə keçirdiyi birgə mətbuat konfransında deyib.

Kerry həmçinin ölkəsinin Ukraynaya əlavə 23 milyon dollar hümanitar yardım ayırdığını bəyan edib.

Dövlət katibi qeyd edib ki, Ukrayna vicdanla Minsk razılaşmasının yerinə yetirilməsinə çalşır, amma Donbasda real təhlükəsizliyin olmaması, ağır silahlardan istifadə və ATƏT müşahidəçilərinə əngəllər Minsk razılaşmasını puça endirir.

Kerry bundan əvvəl-iyulun 6-da Gürcüstanda olub.

Kerry və Petro Poroshenko Varşavada keçiriləcək sammitdə də iştirak edəcəklər.