Sabah rayonlarda yağış gözlənir

Yağış

İyulun 8-i Bakı və Abşeron yarımadasında havanın dəyişkən buludlu, əsasən yağmursuz keçəcəyi gözlənilir.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin xəbərinə görə, Abşeronda gecə 20-24, gündüz 28-33, Bakıda gecə 20-22, gündüz 29-31 dərəcə isti olacaq.

Sabah gündüz ölkənin bəzi əyalətlərində isə şimşək çaxacağı, yağış yağacağı bildirilir. Gecə 20-25, gündüz 32-37, dağlarda gecə 11-16, gündüz 18-23 dərəcə isti olacağı deyilir.